Rəhbərlik

Sədr
Qurbanov Habil Surxay oğlu
1955: anadan olmuşdur.
Təhsil
1971–1975: Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
1975–1976: Ukraynanın Xmelnitski şəhərində hərbi xidmətdə olmuşdur.
1982–1985: Volqoqrad Ali İstintaq Məktəbində qiyabi təhsil almışdır.
1988: Moskva şəhərində SSRİ DİN Akademiyasında hüquq elmləri namizədi elmi dərəcəsi almışdır.
1997: Moskva şəhərində RF Baş Prokurorluğu İnstitutunda hüquq elmləri doktoru elmi dərəcəsi almışdır.
1998: Azərbaycanda hüquq elmləri doktoru diplomu təsdiq olunmuşdur.
2010: Professor elmi adı verilmişdir.
Karyera
1976–1980: Nəsimi Rayon Komsomol Komitəsində çalışmışdır.
1980: SSRİ DİN Bakı orta xüsusi milis məktəbində tədris hissəsinin müfəttişi işləmişdir.
1980–1990: SSRİ DİN Bakı Xüsusi Orta Milis məktəbində müəllim və rəhbər vəzifələrində çalışmışdır.
1984–1990: Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi və rəis müavini işləmişdir.
1990–1991: Bakı Şəhər Prokurorluğunda prokuror və böyük prokuror vəzifəsində çalışmışdır.
1991–1994: Bakı Şəhər Prokurorluğu Həmkarlar Təşkilatının sədri olmuşdur.
1994–1995: Qaradağ rayon prokurorunun müavini və prokuror əvəzi işləmişdir.
1995–1997: Dəvəçi (Şabran) rayon prokuroru vəzifəsində çalışmışdır.
1997–2001: Respublika Prokurorluğunun cəza yerlərində qanunlara nəzarət idarəsinin rəisi olmuşdur.
1997–2003: Moskva Dövlət Açıq Universitetinin Bakı filialında kafedra müdiri vəzifəsində işləmişdir.
2003–2010: Azərbaycan Universitetinin hüquq fakültəsinin dekanı olmuşdur.
2010–2016: AMEA Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri işləmişdir.
2016–2022: AMEA Hüquq və İnsan Haqları İnstitutunda baş elmi işçi olmuşdur.
2017–2024: AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifəsində çalışmışdır.
2024–indiyədək: AR Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərir.
2025–indiyədək: AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin müdiri kimi çalışır.
2013: Avropa Nəşr Mətbuat Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuşdur.
2018: “Cəmiyyət və sosio-hüquqi problemlər” adlı monoqrafiyasına görə mükafat almışdır.
2022: Qarabağ–Şuşa mövzusundakı tədqiqatlarına görə Fəxri Fərmanla təltif olunmuşdur.
2018, 2023: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 və 30 illik döş nişanları ilə təltif edilmişdir.
Həmçinin Azərbaycan Pedaqoji Universitetinin 100 illik yubiley medalı ilə təltif olunmuşdur.
Təltif və Mükafatlar
2013 – “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (Avropa Nəşr Mətbuat Evi)
2018 – “Cəmiyyət və sosio-hüquqi problemlər” monoqrafiyası üzrə mükafat
2022 – Qarabağ-Şuşa mövzusundakı tədqiqatlara görə Fəxri Fərman
2018, 2023 – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası döş nişanları (25 və 30 illik)
Azərbaycan Pedaqoji Universitetinin 100 illik yubiley medalı


