Haqqımızda

Elmi Təşkilatlar BHİK, ölkədə fəaliyyət göstərən elmi müəssisələrdə çalışan alimlərin, tədqiqatçıların və digər elmi işçilərin sosial-iqtisadi hüquqlarını, peşə maraqlarını qorumağı və onların rifahını yaxşılaşdırmağı əsas prioriteti hesab edən təşkilatdır.
Təşkilatın fəaliyyəti yalnız əmək münasibətlərinin tənzimlənməsi ilə məhdudlaşmır. Buraya üzvlərin sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, elmi və maarifləndirici tədbirlərin təşkili də daxildir. Elmi müəssisələrdə fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq edən BHİK, üzvlərin hüquq və mənafelərinin qorunması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Əsas istiqamətlərdən biri kollektiv müqavilələrin bağlanmasıdır. Kollektiv müqavilələr işçilərin sosial təminatını yaxşılaşdırır, əmək münasibətlərində qarşılıqlı öhdəlikləri müəyyən edir və iş şəraitinin daha ədalətli olmasına xidmət göstərir. Bu müqavilələr həm işçilərin hüquqlarını qorumağa, həm də işçi ilə işəgötürən arasında sağlam münasibətlərin formalaşmasına kömək edir.
BHİK həmçinin üzvlərin istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərə də xüsusi diqqət yetirir. Üzvlərlə daimi ünsiyyət saxlayan Təşkilat fəaliyyətini həmrəylik və sosial ədalət prinsipləri üzərində qurur.

İttifaqın struktur genişliyi və üzv sayı
Hazırda Elmi Təşkilatlar BHİK 30 üzv təşkilatı birləşdirir. Üzvlərin ümumi sayı 5181 nəfərdir; onlardan 4703 nəfəri elmi müəssisələrdə çalışan alimlər və tədqiqatçılardır, qalanı isə elmi fəaliyyətlə məşğul olan digər işçilərdir.
Komitənin əsas fəaliyyət istiqamətləri


