“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Sədr

Sədr

Qurbanov Habil Surxay oğlu

Doğum tarixi

1955: anadan olmuşdur.


Təhsil

1971–1975: Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində təhsil almışdır.

1982–1985: Volqoqrad Ali İstintaq Məktəbində qiyabi təhsil almışdır.

1988: Moskva şəhərində SSRİ DİN Akademiyasında hüquq elmləri namizədi elmi dərəcəsi almışdır.

1997: Moskva şəhərində RF Baş Prokurorluğu İnstitutunda hüquq elmləri doktoru elmi dərəcəsi almışdır.

Karyera

1976–1980: Nəsimi Rayon Komsomol Komitəsində çalışmışdır.

1980–1990: SSRİ DİN Bakı Xüsusi Orta Milis məktəbində müəllim və rəhbər vəzifələrində çalışmışdır.

1990–1991: Bakı Şəhər Prokurorluğunda prokuror və böyük prokuror vəzifəsində çalışmışdır.

1991–1994: Bakı Şəhər Prokurorluğu Həmkarlar Təşkilatının sədri olmuşdur.

1994–1995: Qaradağ rayon prokurorunun müavini və prokuror əvəzi işləmişdir.

1995–1997: Dəvəçi (Şabran) rayon prokuroru vəzifəsində çalışmışdır.

1997–2001: Respublika Prokurorluğunun cəza yerlərində qanunlara nəzarət idarəsinin rəisi olmuşdur.

1997–2003: Moskva Dövlət Açıq Universitetinin Bakı filialında kafedra müdiri vəzifəsində işləmişdir.

2003–2010: Azərbaycan Universitetinin hüquq fakültəsinin dekanı olmuşdur.

2010–2016: AMEA Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri işləmişdir.

2016–2022: AMEA Hüquq və İnsan Haqları İnstitutunda baş elmi işçi olmuşdur.

2017–2024: AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifəsində çalışmışdır.

2024–indiyədək: AR Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərir.

2025–indiyədək: AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin müdiri kimi çalışır.